Bir çox seriallarda baş rola çəkilən və “Qisas”dakı açıq-saçıq obrazı ilə məşhurlaşan tanınmış aktrisa Vəfa Babayeva (Zülfüqar) Azərbaycanı birdəfəlik tərk edib.
Yenicag.az-a açıqlama verən aktrisa ölkədən gedişinin səbəblərini sənət cameəsindən qarşılaşdığı biganəliklə əlaqələndirib:
“Bir müddət əvvəl Türkiyədə yaşadım, qayıtdım Azərbaycana. Amma qarşılaşdığım laqeydlik məni yenidən ölkədən getməyə məcbur etdi.
Türkiyədən qayıdandan sonra cəmi bir il Azərbaycanda qaldım. Çalışmaq üçün hansı teatra müraciət etsəm də, boş yer olmadığını bildirdilər. Baxdım ki, dəyər görmədiyim bir yerdə qalmağın da heç bir mənası yoxdur.
Çox peşmanam, demək ki, 4 il boş-boşuna Mədəniyyət və İncəsənət Unversitetində təhsil aldım, boş-boşuna 4 il o təhsil ocağına ayaq döydüm. Laqeydliyə, biganəliyə səbr etdim. Dözlüm, dözdüm, amma axırda gördüm ki, olmur. Düşündüm ki, ən yaxşısı qərar vermək və ölkədən getmək lazımdır. Qərarımı verdim və birdəfəlik çıxıb getdim. Azərbaycandan İsrailə köçmüşəm. Bura yaşamağa gəlmişəm. Xalalarım, dayılarım hamısı burada yaşayır. Hər şeyi sıfırdan başlamaq istəyirəm. Magistr təhsili almağı planlaşdırıram”.
Qeyd edək ki, Vəfa Babayeva 4 il Türkiyədə yaşayaraq vətənə dönmüşdü. Bir il Bakıda yaşayandan sonra yenidən Azərbaycandan köçüb. O, Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Firəngiz Babayevanın qızıdır.
Cəvahir
www.yenicag.az