!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktrisa: “Bu təklif məni çox həyəcanlandırdı, ya məni sevəcəklər, ya da…” - FOTOLAR

!Reklam – Yazi

Tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva yeni mövsümdə “Yuxu kimi” serialında tamaşaçılarının qarşısına çıxacaq.

Yenicag.az-a açıqlama verən aktrisa bu obrazla yaradıcılığında yeni bir səhifə açılacağını bildirib:

“Seriala Əsmər adlı bir obrazla qatılacam. Bu təklif Rövşən İsaxdan gəlincə məni çox həyəcanlandırdı. Çünki bir rejissor kimi onunla işləmək həvəsim var idi. Bu obraz tamamən mürəkkəb, fərqli və indiyədək yaradıcılığımda müraciət etmədiyim bir xarakter olduğu üçün mənə daha maraqlı gəldi. Tamaşaçılar üçün də mənim tərəfimdən gözlənilməz və qeyri-adi bir obraz olacaq. Rövşən İsaxa tam etibar etdiyim üçün razılaşdım. Çəkilişlərimiz Gəncədə oldu. Bu il aktrisa kimi yaradıcılığımda yeni bir səhifə açılacaq. Tamaşaçılar bu obraza görə ya məni sevəcəklər, ya da sevməyəcəklər. Eyni zamanda, “Baldız” 5-ci mövsümə başlayacaq. Aktyor Məcid və onun oğlu Kərim də seriala qatılacaq”.

Eyni zamanda aparıcı kimi fəaliyyət göstərən Dilarə oktyabrın 9-da ARB kanalında “Söhbət var” verilişi ilə yenidən izləyicilərini salamlayacaq.

Aktrisa fotoqraf Elgün Zaman tərəfindən hazırlanan yeni fotosessiyasını da təqdim edib.

Cəvahir

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv