!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor: “Sənətkar olmaq üçün mütləq ölmək lazımdır?”

!Reklam – Yazi

“Təkliyinə sığınan biri niyə sizə xəstə fotolarını göndərsin? Düşünməmisiniz? Çünki yaşamaq istəyirdi”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Kamran Ağabalayev mərhum müğənni Rəhim Rəhimlinin ölümünə saxta göz yaşı tökənlərə səslənərək deyib.

Sənətçi sosial media hesabında paylaşım edərək, sağ ikən xəstə, köməksiz olan sənət adamlarına biganə münasibətdən gileylənib:

“Bu ölkədə sənətkar olmaq üçün mütləq ölmək lazımdır. O zaman “WhatsApp” yazışmaların da ortaya çıxacaq, ruh düşkünlüyün də, hər şeyin… O yazışmalarda göndərdiyi foto və videolardan anlamaq çətin deyil axı, Rəhimin vəziyyətini?! Bir də, təkliyinə sığınan biri niyə sizə xəstə fotolarını göndərsin? Düşünməmisiniz? Çünki yaşamaq istəyirdi!. Sizinlə deyiləm, özümlə danışıram.Yaşamaq istəyən adam vecinizə deyil”.

Cəvahir

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv