!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyordan Operativ Qərargaha ÇAĞIRIŞ: "Açın kinoteatrları, insanlar yazıqdır, özəl film sektoru boğulur"

!Reklam – Yazi

“Necə olur, 26 min yoluxma ilə Rusiyada kinoteatrlar fəaliyyət göstərir, amma bizdə bu sahə iflic vəziyyətdədir”.

Bunu tanınmış aktyor Azər Aydəmir Yenicag.az-a açıqlamasında deyib.

Aktyor kinoteatrların bağlı qalmasının bu sahənin insanlarına böyük zərbə vurduğunu bildirib:

“Bir ölkənin kinoteatrsız olması absurddur, insanlara böyük zərbədir. Yeni çəkilən filmlərimiz yığılıb qalıb, heç yerdə göstərilmir. Bu sahə zəncirvari bir-birinə bağlıdır. Filmlər göstərilməlidir ki, qoyulan sərmayə götürülsün, aktyorlar qonorar ala bilsin və sair. Bu sahənin adamları artıq işini dəyişməyə başlayıb. Çünki dediyim kimi, kinoteatrlar qapalıdır, bu sahə iflic vəziyyətindədir. Sahibkarlar fəal olmalı, haqqını tələb etməlidir. Necə olur, toylar və digər sahələrə icazə verilir, amma kinoteatrlar bağlı qalıb. Özəl film sektoru boğulur”.

Azər Aydəmir Operativ Qərargaha səslənib:

“Operativ Qərargaha səslənirəm, heç olmasa, sentyabrda kinoteatrların açılmasını təmin edin, insanlar yazıqdır”.

Cəvahir

www.yenicag.az

1117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv