Tanınmış aktyorun qızının toyunda DUYĞULU ANLAR: Gəlin göz yaşını saxlaya bilmədi – ÖZƏL VİDEO

media-hightechnic-468x90

Tanınmış aktyor Natiq Fərzəliyevin qızı gəlin köçüb.

Yenicag.az xəbər verir ki, Yevlax rayonunda baş tutan oğlan toyunda maraqlı və duyğulu anlar yaşanıb. Aktyor qızını ona Xalq artisti, bəstəkar Sərdar Fərəcov tərəfindən hədiyyə olunan mahnı ilə təbrik edib.

Gəlin atasının sürprizindən duyğulanaraq göz yaşlarına hakim ola bilməyib.

Aktyor saytımıza açıqlamasında təəssüratını da bölüşüb:

“Ləmanın qız toyu Bakıda oldu, dünən isə Yevlax rayonuna gəlin köçürdük. Bütün atalar kimi, mən də çox sevincli və həyəcanlıydım. Xüsusən də mənə yaxın dostum Xalq artisti, bəstəkar Sərdar Fərəcov tərəfindən mənə hədiyyə olunan mahnını oxuyarkən çox duyğulandım. Ata kimi ən böyük arzum övladımın xoş gününü görməkdir, Allah bunu mənə nəsib etdi”.

Toydan özəl videonu təqdim edirik:

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600