Tanınmış aparıcı TƏƏSSÜFLƏNDİ: “Müğənnilərin bir-birilərini təhdid etməsi…”

“Bu kimi halların sənət dünyasında yaşanması, musiqinin təməl dəyəri olan incəsənətə ciddi şəkildə zərər vurur”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Kazım Sübhan sosial şəbəkə hesabındakı paylaşımında vurğulayıb.

O, müğənnilər arasında məhkəmə şəkişmələri və qarşıdurmalara münasibət bildirib:

“Son zamanlar musiqi dünyasında baş verən münaqişələr təəssüf doğurur. Müğənnilərin bir-birinə qarşı təhdidlər etməsi və məhkəmələrə müraciət etməsi artıq adi hala çevrilib. Bu kimi halların sənət dünyasında yaşanması, musiqinin təməl dəyəri olan incəsənətə ciddi şəkildə zərər vurur.

Musiqi təkcə bir sənət deyil, eyni zamanda incəsənətin ən zərif və dərin ifadə vasitələrindən biridir. Belə mövzularla bu sənətin saflığına və dəyərinə xələl gətirmək, dinləyiciləri və sənətsevərləri narahat edir. Musiqi insanlar arasında sevgi, dostluq və sülhü təbliğ edən güclü vasitədir. Bu səbəbdən, müğənnilərin bir-birinə qarşı belə davranışları yalnız şəxsi imiclərinə deyil, bütövlükdə sənətə də zərər verə bilər”.

Nehru