“Hüzurunuzu pozan, dəyərinizi bilməyən, varlığınızdan paxıllıq çəkən, əsəb verən hər kim varsa, silin və tullayın zibilə”.
Yenicag.az xəbər verir ki, bunu tanınmış aparıcı Lalə Əlimuxtarova deyib.
Aparıcı ad çəkmədən ona pislik edən və paxıllığını çəkən insanlara səslənərək ürəyini boşaldıb:
“Sizin huzurunuzu pozan, dəyərinizi bilməyən, varlığınızdan paxıllıq çəkən, əsəb verən hər kim varsa, silin və tullayın zibilə. Bu son illərdə bir çox insanları sildim. İnanın nə qədər xoşbəxtəm. Allahım mənə elə bir güc verib ki, qəlbimi qıran hər kəsi həyatımdan silməyi bacarıram və geri dönmürəm. İnanın kim olmasına baxmayaraq… O da var ki, heç kimi də səbəbsiz silmərəm…”
Aparıcı uzun illərdən sonra nəhayət ki, burun əməliyyatı etdirərək istəyinə çatdığını da birdirib.
Lalə əməliyyatdan sonra çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq, “Bu arada illərdir istədiyim burun əməliyyatı”, – deyə qeyd edib.
Fotonu təqdim edirik:
Cəvahir
www.yenicag.az