“İctimai” TV-də uşaq verilişlərinin aparıcısı Kamran İsrafilov dünyasını dəyişib.
Yaxınları Yenicag.az-a bildirib ki, Kamranın səhər saatlarında anidən halı pisləşib:
“Təcili yardım maşını çağrılsa da, gec olub. Qardaşı xaricdə yaşayır, ona da xəbər verdik. Gəlir, yoldadır. Anası da ağır xəstədir, bu itkiyə necə tab gətirəcək bilmirik”.
Qeyd edək ki, Kamranın 8 yaşlı bir oğlu var.
Dəfn mərasimi sabah baş tutacaq. Mərhum Şüvəlan qəbiristanlığında dəfn olunacaq.
K. İsrafilov Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri idi. İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. 2016-cı ildən Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.
P.S. Aldığımız məlumata görə, bu dəqiqələrdə mərhumun cəsədi ekspertiza olunmaq üçün evindən aparılıb.
Cəvahir
www.yenicag.az