Aktrisadan qalmaqallı ittiham: “Həyasızlıq və üzlülük özü də bir istedaddır”

media-hightechnic-468x90

“Bunun adı şans yox, üzlülükdür. Üzlü, həyasız olmaq özü də bir istedaddır”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayeva deyib.

Aktrisa “Sizcə, sənət aləmində irəli getmək üçün hansı daha çox önəmlidir: şans, istedad, yoxsa gözəllik?” sualını cavablandırarkən sənət dünyasındakı ədalətsizliklərdən gileylənib:

“Mənim fikrimcə, öncə istedad önəmlidir. Gözəllik olarsa, bu, əlavə bir üstünlük sayılır. Əgər şans da varsa, ondan vaxtında istifadə etmək lazımdır. Bəli, istedadı az olanlar bu gün önə çıxırlarsa, demək ki, onlarda da həyasızlıq, üzlülük ‘istedadı’ var. Mən özümü şanssız saymıram. Çünki arxamda havadarım, təkanverənim, kimsəm olmadan, haqsızlıqlara dözərək 35 il bu sənətdə qalmağı bacarmışamsa, demək şanslıyam”.

G.Abdullayeva ekran işlərindəki eyni tipli aktyor seçimini və süni xarici görünüşü də kəskin tənqid edib:

“Adamlar var ki, bütün filmlərdə, seriallarda ancaq onları çəkirlər. Üstəlik, rolları arasında heç bir fərq də qoymurlar. Təsəvvür edin; uzun dırnaqlar, şişirdilmiş dodaqlar, dartılmış qaşlarla kənd qadını obrazını canlandırırlar. Bu, çox bayağı təsir bağışlayır.

Təcrübəsi, xidmətləri qat-qat az olan eyni adamlar illərlə özlərini mükafat siyahısına saldırırlar. Bu, artıq şans deyil. Bunun adı üzlülükdür. Sənətdə külüng vuran, 40 il xidməti olan bizim kimi aktrisalar isə sakitcə kənardan bu mənzərəni seyr edir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05