!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış jurnalistə vəzifə verildi

!Reklam – Yazi

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) yeni təyinat gerçəkləşib.

Yenicag.az xəbər verir ki, tanınmış jurnalist Günay Malikqızı MOK-un İctimaiyyətlə Əlaqələr və Mətbuat Şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, G.Malikqızı buna qədər “Park Bulvar AVM”in mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı.

Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də təsis olunub, təqribən 3 ay sonra Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. MOK 1993-cü il sentyabrın 23-də isə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edilib. Azərbaycan müstəqil dövlət kimi ilk dəfə 1996-cı ildə Olimpiya Oyunlarına qatılıb. Ölkə başçısı İlham Əliyev 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentidir.

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv