Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Yaşar İsakov vəzifəsindən istefa verib.
Yenicag.az xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) vəzifəyə təyin edilib.
Bu barədə İsakovun həyat yoldaşı İradə İsaq öz “Facebook” Səhifəsində yazıb. Məlumata görə, Yaşar İsakov DTX-nın mətbuat katibi vəzifəsinə təyin edilib.
Avtovağzal Kompleksinin mətbuat katibi vəzifəsinə təyinat hələlik yoxdur.