!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənninin TOYDA SƏSİ BATDI: “İlyarım danışa bilmədim”

!Reklam – Yazi

“Yaşımın keçid dövrü idi, boğazıma yük düşdü, səs tellərim iflic oldu, səsim batdı”.

Yenicag.az xəbər verir ki, bu sözləri efirdə müğənni Sahib İbrahimov başına gələn ağır hadisədən danışarkən deyib.

Sənətçi yeniyetməlik dövründə dolanışıq məqsədilə məcburiyyətdən toylara getdiyini və ağır duruma düşdüyünü bildirib:

“13-14 yaşlarımda dolanışığa görə toylara getmək məcburiyyətində qaldım. Yaşımın keçid dövrü idi, boğazıma yük düşdü, səs tellərim iflic oldu, səsim batdı. Çox acınacaqlı bir dönəmdən keçdim. İlyarım danışa bilmədim. Həmin vaxtlarda ailəmizin maddi dolanışığı acınacaqlı duruma düşdü və mən qoşanağara ifa etməyə başladım. Bundan öncə isə, məni o hala salan, səs tellərimi yükləyib zədələnməsinə səbəb olan o adamın yanına getdim ki, məni yenə toya aparsın. Amma o, məni toya aparmadı. Dedi, sən daha mənim nəyimə lazımsan, səsin işləmir. Musiqi məktəbinə getdiyim üçün tonallıqları, ladları, muğamı əzbər bilirdim. Yaşımla əlaqədar zildən oxuyub səsimi zədələyə biləcəyimi də bilirdim. Amma pula görə həmin adam məni zildən oxudurdu. Mənim də səsim cəh-cəh vururdu, bundan xoşlanan insanlar pul tökürdü. O adam isə bu qədər puldan mənə qəpik-quruş verib yola salırdı.

Həmin adama dedim, vaxt gələcək, mən yaxşı oxuyan olacam, səni özümlə toya aparacam. Elə bil hansısa qüvvə məni məcbur etdi ki, ona bu sözləri deyim. Hətta yanımızda olan qoca çinara da and içdim. Zaman yetişdi, mən onu toya da apardım. İndi həmin adam sənətdən uzaqlaşıb”.

Cəvahir

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv