Tanınmış prodüseri buna görə QINADILAR: “Elnarə qatıq satıb pul qazanırdı”
“Elnarə sarımsaq satırdı, bunu fəxrlə deyirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri prodüser Asif Kərimov “Günə uğurla” verilişində deyib.
O, birgə çalışdığı müğənni, Əməkdar artist Elnarə Abdullayevanın ifaçılıqla məşğul olmadığı dövrlərdə sarımsaq və qatıq sataraq öz zəhməti ilə pul qazandığını söyləyib:
“Bunu dediyim üçün məni qınayırlar. Demişəm, yenə də deyirəm: əvvəllər Elnarə sarımsaq satırdı. Elnarə özü də bununla fəxr edir ki, oxumadığı vaxtlarda öz zəhməti ilə pul qazanıb. Elə mən də onunla fəxr edirəm. Bəli, Elnarə həyətində qatıq, sarımsaq satırdı. Sonradan qardaşı rayondan sarımsaq göndərirdi, Elnarə də satırdı. Bunu Elnarənin yanında da deyirəm, olmayanda da…”
Nehru













