Tanınmış psixonevroloqdan koronavirus XƏBƏRDARLIĞI: “Panikaya düşsəniz...” - VİDEO

media-hightechnic-468x90

“Bir çox insanlar zəng vurub deyir ki, qızdırmam enmir, görən koronavirusammı? Qorxmaq lazım deyil, çünki stresin özü immunitetimizi korlayır. Xəstəliklə mübarizəmizi zəiflədir”.

Yenicag.az-a açıqlama verən tanınmış psixonevroloq Fəxriyyə Məmmədova dünyanı cənginə alan, Azərbaycanda da yayıldığı deyilən koronavirusla bağlı insanların təşviş hissi keçirdiyini bildirib.

“Koronavirusu düzgün tanıyın”, – deyən həkim bu xəstəlikdən təşvişə düşən insanlara səslənib:

“Təşvişə düşüb hər burunaxmaya, qızdırmaya, öskürəyə, bədən ağrısına koronavirus desək, bu xəstəlikdən gec sağalarıq. Psixoloji durumumuzu real hadisələr üzərində qurmalıyıq. Öz həyatınızı yaşayın. Amma təhlükə var və bundan qorunmaq lazımdır. Zoğal mürəbbəsi ilə müalicə olunmayın, həkimə müraciət edin. Kütləvi yerlərdə az olmaq, açıq havada gəzmək təbii qidalardan istifadə etmək lazımdır”.

Videomaterialı təqdim edirik:

Cəvahir

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600