Tanınmış xalçaçı dünyasını dəyişdi

media-hightechnic-468x90

Azərbaycanın əməkdar mədəniyyət işçisi, xalçatoxuma texnologiyalarının mahir bilicisi Zəhra Əliyeva dünyasını dəyişib.

Yenicag.az Kult.az-a istinadən xəbər verir ki, toxucu ailəsində böyüyən Zəhra xanım görkəmli alim Lətif Kərimovun tələbəsi olub.

Lətif Kərimovun dəvəti ilə o, 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Dekorativ-tətbiqi sənət kafedrasının xalça bölməsində tədris ustası kimi fəaliyyətə başlayıb. Sənətkarın Qarabağın “Balıq” çeşnisi üzrə toxuduğu xalça 1968-ci ildə Moskvada Ümumdünya Gənclər sərgisində I yerə layiq görülüb. Xovlu və xovsuz xalçaların bütün toxunma texnikalarını mükəmməl bilən Z.Əliyeva 1997-ci ildən etibarən Azərbaycan Milli Xalça Muzeyində çalışıb.

O, muzey toxucularına ənənəvi və unudulmaqda olan xalça texnologiyalarını öyrədib. Zəhra xanım 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600