Yazıçı-jurnalist Nahid Hacızadə dünyasını dəyişib.
Yazıçı-dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında onun xəstəlik nəticəsində vəfat etdiyini deyib:
“Çoxdan idi ki xəstə yatırdı. Nə danışa bilmirdi, nə də hərəkət edə. Yaddaşı da zəifləmişdi. Yaradıcı insan idi, arzuları çox idi. Yarımçıq qalmış əsərləri də vardı. Son nəfəsində yanında ola bilmədim. Zəng etdilər ki, qardaşın keçinib. Çox ağırdır mənim üçün”.
Mərhum bu gün Binəqədi qəbiristanlığında torpağa tapşırılacaq.
Allah rəhmət etsin!
Cəvahir
www.yenicag.az