TAP və ARDNŞ görüşü keçirildi

media-hightechnic-468x90

kjhjhuyhgTrans-Adriatik Boru Kəməri (TAP) konsorsiumunun Gürcüstanda səfərdə olan nümayəndələri Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəliyində olub, sonra Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə görüş keçiriblər.

ARDNŞ-dən  verilən məlumata görə, görüşdə TAP Direktorlar Şurasının sədri Byarne Bull-Berq, TAP-ın icraçı direktoru Kyetil Tunqland, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ prezidentinin müşaviri Murad Heydərov, ARDNŞ-nin Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər.

Qeyd edək ki, “Şahdəniz” konsorsiumu ötən ilin dekabrında “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının nəqli marşrutunun Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya vasitəsilə müəyyən olunması barədə qərar qəbul edib. TAP həmin marşrutun Yunanıstandan Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna uzanan hissəsidir(apa).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600