!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixdə İLK - İki qadın kosmonavt açıq fəzaya çıxdı

!Reklam – Yazi

Tarixdə ilk dəfə iki qadın – ABŞ kosmonavtları Kristina Kuk və Cessika Meir cümə günü Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq fəzaya çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə NASA-nın yaydığı məlumatda bildirilib.

Qadın kosmonavtlar stansiyanın istismarını başa vurmuş detallarını – günəş batareyalarını dəyişəcəklər. Əməliyyatın ən azı 6 saat yarım davam edəcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən batareyaların istismar müddəti 10 ildir.

Xatırladaq ki, kosmosda yerləşdirilmiş BKS-da NASA-nın müxtəlif millətlərdən olan kosmonavtları növbəli şəkildə tədqiqatlar aparır.

www.yenicag.az

1900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv