Tavuş sakinləri Ermənistanı tərk edir

media-hightechnic-468x90

Sərhədin demarkasiyasından sonra Kirants-Voskepar hissəsində yaşayan ermənilər yaşadıqları ərazini tərk etməyə başlayıblar. 

Yenicag.az xəbər verir ki, bu barədə Tavuşdan olan jurnalist Voskan Sarkisyan açıqlayıb.

“Sərhədin demarkasiyasından sonra Kirants-Voskepar hissəsində 30 illik möhkəmləndirilmiş mövqelərin Azərbaycana verilməsi, sərhədlərin müəyyənləşdirilməsinin sonrakı mərhələsi ilə bağlı qeyri-müəyyənlik və Ermənistanda narahatlıq doğuran təhlükəsizlik vəziyyəti ilə əlaqədar Voskepar kəndindən iki ailə bu yaxınlarda Rusiyaya köçüb. Daha iki ailən də getmək istəyir.

1980-ci illərin ortalarında Voskepar 8 illik məktəbində 330 şagird təhsil alırdısa, hazırda 77 şagird təhsil alır. Voskeparların əhəmiyyətli bir hissəsi Belqorod vilayətinin Starıy Oskol şəhərində və Voronejdə məskunlaşıb”, – deyə o qeyd edib. /unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05