“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 14,3 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib.
Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 569 gəmi Ukrayna limanlarını tərk edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Taxıl dəhlizi”nin həyata keçirilməsi çərçivəsində dekabrın 20-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 4 gəmisi Odessa limanlarını tərk edib.
Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 129 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa və Afrika ölkələrinə yola salınıb.
Hazırda Odessa limanlarında 27 gəmi emal mərhələsindədir. Onlara 1 milyon ton Ukrayna kənd təsərrüfatı məhsulu yüklənir.
Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib./Azertag/
www.yenicag.az