Qarlı və şaxtalı havaya avtomobillər necə hazırlanmalıdır? - VİDEO
Qış mövsümünün yaxınlaşması ilə yol hərəkətində təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib.
Yağışlı və şaxtalı hava şəraiti avtomobillərin texniki vəziyyətinə xüsusi diqqət tələb edir.
Bu barədə Yenicag.az-a açıqlamasında avtomobil ustası Sahil Ağabəyli bildirib ki, qışa hazırlıqsız avtomobillər həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün ciddi risk yarada bilər:
“Qış mövsümündə ən vacib məqamlardan biri təkərlərin vəziyyətidir. Şinləri olan avtomobillərdə bu təkərlər mütləq istifadə edilməlidir. Magistral yollarda, yolun sağ hissəsində yaranan gölməçələrə daxil olarkən sürəti azaltmaq vacibdir”.
Sahil Ağabəyli qeyd edib ki, qışa hazırlıq təkcə təkərlərlə məhdudlaşmır. Şüşəsilən fırçalarının vaxtında dəyişdirilməsi, şüşəsilən çəninə uyğun və yumşaq mayelərin əlavə olunması da mühüm əhəmiyyət daşıyır:
“Yaz-payız aylarında şüşəsilən fırçaları mütləq dəyişilməlidir. Ehtiyat çəninə keyfiyyətli mayelər tökülməlidir ki, yağışlı havada arxadan sıçrayan palçıq asanlıqla təmizlənsin”.
Onun sözlərinə görə, qış rejimi çərçivəsində mühərrikdə donmaya qarşı mayelərin yoxlanılması da vacibdir. Bu amillərə vaxtında diqqət yetirilməsi qış aylarında sürücülərin ciddi texniki problemlərlə üzləşməsinin qarşısını ala bilər.
Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, qış başlamazdan əvvəl avtomobillərini texniki baxışdan keçirsinlər və yol təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər.
Ətraflı videomaterialda:
Samir Məcid












