!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Taym” Trampı “boğdurdu” - Skandalları ABŞ prezidentini bitirir - FOTO

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Michael Cohen və seçki kampaniyasının sabiq direktoru Paul Manafortun məhkəmə tərəfindən təqsirkar bilinməsi ABŞ-da balansı dəyişdirdi. 

Dünənə qədər dünyaya meydan oxuyan superdövlət hazırda “Trampı vəzifədən alıb-almama” məsələsini müzakirə edir. Buna qarşılıq olaraq, Tramp da impiçmentə məruz qalacağı təqdirdə, ABŞ-ı batmaqla hədələdi ki, hazırkı situasiyada bu ocağa benzin tökməyə bənzəyir: “Başa düşə bilmirəm, bu qədər gözəl iş görənə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq”.

Qeyd edək ki, Trampın vəkili Cohen məhkəmədə yalan ifadə verməyəcəyinə dair and içərək jüriyə bildirib ki, Tramp seçkilərin nəticələrinə təsir etmək məqsədi ilə ona iki qadına pul ödəməyi tapşırmışdı. Söhbət Donald Trampla intim münasibətlərdə olmuş pornoaktrisa Stefani Klifforddan və “Playboy” jurnalının keçmiş modeli Karen Makduqaldan gedir. Tramp Melaniya ilə evli olduğu halda həmin qadınlarla intim münasibətlərdə olub. Və bu məsələnin seçki kampaniyası zamanı açıqlanmasına və nəticədə seçkilərin nəticələrinə təsir göstərməsinə imkan verməmək üçün vəkili vasitəsilə onlara yüz minlərlə dollar ödəyib. Tramp da bu iddianı qəbul edib, ancaq o, həmin qadınlara pulun seçki büdcəsindən verilmədiyini bildirib. 

ABŞ Trampı müzakirə edərkən, prezindentə bir zərbə də “Taym” jurnalından gəlib. Jurnal Trampın kabinetində boğulduğunu göstərən karikatura yayınlayıb. “Dibdə” şərhi ilə verilən karikaturada Trampın dövlət başqanı olduqdan sonrakı səhvlərinə yer verilir və son zamanlar yaşananların isə çox təhlükəli olduğuna diqqət çəkilir. 

Qeyd edək ki, Trampın Türkiyəyə qarşı rahib Branson üçün təzyiq etməsinin arxasında da noyabrdakı Konqress seçkilərində demokratların qələbə qazanma ehtimalı dayanır. Belə ki, demokratlar yetərli səsi qazana bilsələr, Trampın impiçmentini gündəmə gətirəcəklər. Bəlkə də ABŞ tarixində vaxtından əvvəl vəzifəsinə xitam verilən ilk prezident olacaq. 

www.yenicag.az

7315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv