Tayvan ABŞ-nin rüsumlarını ədalətsiz adlandırdı

media-hightechnic-468x90

ABŞ-nin tətbiq etdiyi rüsumlar Birləşmiş Ştatlar və Tayvan arasındakı ticari-iqtisadi münasibətlərin real vəziyyətini əks etdirmir.

Yenicag.az-ın Tayvan Beynəlxalq Radiosuna istinadən verdiyi məlumata görə, bunu Tayvanın ali inzibati orqanının rəsmi nümayəndəsi Li Hueyçji bildirib.

“Təklif olunan tarif dərəcəsi ABŞ və Tayvan arasındakı ticari-iqtisadi münasibətlərin real vəziyyətini əks etdirmir və bu, Tayvana qarşı ədalətsizlikdir”, – o qeyd edib.

Rəsmi nümayəndənin sözlərinə görə, ali inzibati orqanının rəhbəri Çjo Juntay ticari-iqtisadi danışıqlar üzrə ofisə bu yüksək tarif dərəcəsinin Tayvana qarşı əsassız və ədalətsiz olduğu bütün aspektləri dərhal təhlil etməyi, həmçinin ABŞ-nin ticarət nümayəndəsinə sərt mövqe bildirməyi və izahat tələb etməyi tapşırıb.

Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı, Çin və Tayvandan idxal olunan mallara müvafiq olaraq 20 %, 34 % və 32 % rüsum tətbiq edildiyini açıqlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa