Tbilisidə “İqlim diplomatiyası: COP29” mövzusunda tədbir keçirildi - FOTO

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, “Yaşıl Ay” Gürcüstan Cəmiyyəti, “Qida Təhlükəsizliyi Hərəkatı” və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə Gürcüstanın Tbilisi şəhərində “İqlim diplomatiyası: COP29” adlı beynəlxalq tədbir keçirilib.

Tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev açaraq layihənin məqsədi, əhəmiyyəti və beynəlxalq əməkdaşlıq imkanlarından bəhs edib. O bildirib ki, bu cür təşəbbüslər COP29 öncəsi region ölkələrinin vətəndaş cəmiyyəti institutları arasında dialoqu gücləndirir və iqlim diplomatiyasında gənclərin aktiv rolunu stimullaşdırır.

Layihə rəhbəri, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova çıxışında ekoloji təhlükəsizlik və qida sistemlərinin iqlim siyasətindəki əhəmiyyətini vurğulayıb.

“Yaşıl Ay” Gürcüstan Cəmiyyətinin icraçı direktoru Həcər Mustafayeva Gürcüstanda həyata keçirilən ekoloji təşviqat layihələrindən və bu sahədə gənclərin fəallığından söz açıb.

Daha sonra tədbir çərçivəsində hazırlanmış, COP29-un əhəmiyyətini əks etdirən videosüjet nümayiş olunub.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycanın iqlim gündəliyində yer alan strateji hədəfləri və COP29 üzrə prioritet istiqamətləri təqdim edib.

Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfirinin müşaviri Samir Abdurahimov Azərbaycanın COP29-a ev sahibliyinin əhəmiyyətini qeyd edərək, regional əməkdaşlıq və diplomatik tərəfdaşlığın vacibliyinə toxunub.

“Maarif Okulu”nun Gürcüstan üzrə nümayəndəsi Faruk Tekşen təhsil sektorunda ekoloji düşüncə tərzinin formalaşdırılması və məktəb səviyyəsində həyata keçirilən təşəbbüslər barədə danışıb.

Gürcüstan Gəncliyə Yardım və Maarifləndirmə Dərnəyinin (GYMD) sədri Musa Hacıyev gənclərin sosial təşəbbüslərdə iştirakı və iqlim sahəsində maarifləndirici layihələrin aktuallığını vurğulayıb.

Qardabani İnteqrasiya Mərkəzinin icraçı direktoru Çiçək Hüseynova yerli icmalarda keçirilən təlimlər və ekoloji maarifləndirmə təşəbbüsləri barədə məlumat verib.

“Yeni Yol” qəzetinin redaktoru Azər Musaoğlu medianın cəmiyyətin ekoloji şüurunun formalaşmasındakı rolu və informasiya siyasətində ətraf mühit məsələlərinin əhəmiyyətindən danışıb.

“Alyans Gənclər Mərkəzi”nin sədri Leyla Əmrahova gənc nəslin beynəlxalq ekoloji proseslərdə fəal iştirakı və təşəbbüslərinin dəstəklənməsi barədə çıxış edib.

Mərkəzin icraçı direktoru Rəna Hüseynova isə gənclərin liderlik bacarıqları və ekoloji təşəbbüslərdə iştirak imkanlarına toxunub.

Gürcüstan Azərbaycanlılar Konqresinin sədri Hüseyn Yusubov diaspor təşkilatlarının ekoloji təşəbbüslərdə rolu və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin sədri Raidə Dərziyeva mədəniyyət və təhsil platformalarının iqlim dəyişikliklərinə qarşı mübarizədəki roluna diqqət çəkib.

“Qafqazın İnteqrasiya Mərkəzi”nin icraçı direktoru Gülnar Hüseynova Qafqaz regionunda dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində QHT-lərin rolu barədə çıxış edib.

“Gənclərin Töhfəsi” ictimai birliyinin idarə heyəti üzvü, ekoloq Mirsirac Siraclı bu kimi təşəbbüslərdə gənclərin cəlb olunması və birgə fəaliyyətin önəmini vurğulayıb.

Tədbirin sonunda rəsmi qonaqlara təşəkkür plaketləri təqdim olunub, iştirakçılar isə sertifikatlarla təltif ediliblər. Görüş xatirə fotosu ilə yekunlaşıb.

Bu kimi beynəlxalq müzakirə platformaları regionda vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişlənməsi, COP29 çərçivəsində tərəfdaşlığın möhkəmləndirilməsi və dayanıqlı gələcəyə doğru ortaq addımların atılması baxımından mühüm əhəmiyyət daşıyır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600