Türkiyə Böyük Millət Məclisində keçirilən seçkilərin birinci mərhələsi başa çatıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, ikinci tur nəticələrinə görə İsmail Kahraman 257, Zekeriya Temizel 122, Selma Irmak 38, Celal Adan 40, Yusuf Halaçoğlu 7, Tamer Dağlı 37 səs qazanıb. Səsvermədən sonra Tamer Dağlı namizədliyini geri götürüb.
***
17:08
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, 500 deputatın iştirak etdiyi səsvermədə AK partiyadan olan İsmayıl Kahraman 260 səslə qalib olub. CHP-nin namizədi Zekeriya Temizel 113, MHP-nin namizədi Celal Adan isə 60 səs qazanıb.
Qeyd edək ki, TBMM sədri seçilmək üçün ən azı 367 səs tələb olunur. Birinci turda heç kim bu nəticəni əldə etmədiyi üçün seçkilər ikinci mərhələdə keçiriləcək.
www.yenicag.az