!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Teatrlarımızda ortadan qalxan REJİSSOR RƏQABƏTİ: “Gəlib tamaşa hazırlayır, pulunu alır və...”

!Reklam – Yazi

“İndiki vəziyyətdə böyük bir epoxanı əhatə edən, öz məktəbi olan rejissorlar görmürəm”.

Bu fikirləri Azərbaycan teatrında hadisəyə çevriləcək tamaşalar hazırlaya bilən rejissorların olmaması haqda iddialara münasibət bildirən Əməkdar incəsənət xadimi, dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında deyib.

Dramaturqun sözlərinə görə, bu çatışmazlığın ilkin səbəbi teatr rejissorları arasında stimullaşdırıcı rəqabətin olmamasıdır:

“Vaxtilə teatrlarımızda hadisəyə çevrilən tamaşalar hazırlayan, böyük bir epoxanı əhatə edən rejissorlar indi yoxdur, ən azı mən tanımıram. Bunun səbəblərini araşdırmaq lazımdır. Mən bunun başlıca səbəbini rejissorlar arasında yüksək təhsil və hazırlığın olmamasında görürəm.

Söhbət bizdəki Mədəniyyət və İncəsənət Universitetində verilən təhsildən getmir. Rejissorun bilik və təcrübəsi daimi olaraq mərhələli şəkildə artırılmalıdır. Belə rejissorların yetişdirilməsi həm də mübadilə xarakteri daşımalıdır.

Tutalım, bizdə təhsil alan hansısa rejissor başqa bir ölkədə də təhsilini davam etdirməlidir. Dediklərim o anlama gəlmir ki, bizdəki rejissorlar istedadsızdır və buna görə xaricdə təhsillərini artırmalıdırlar, xeyr. Söhbət sənətə başqa rakursdan yanaşmaqdan gedir.

İkinci səbəb də budur ki, rejissorlar arasında rəqabət yoxdur. Elə istehsalatda olduğu kimi, mədəniyyətdə də rəqabət olmalıdır. Bakıda, yaxud da bölgələrdəki çox sayda teatrlarımızda nə qədər rejissor var? Elə teatr var, orada baş rejissor yoxdur, elə teatrlarımız da var, heç ümumiyyətlə, rejissoru yoxdur.

Bu da teatrlar arasında rəqabətin yaranmamasına gətirib çıxarır. Teatrlarda bir neçə rejissor olmalıdır. Praktikada siyahıda rejissor kimi maaş alır, yaxud da müqavilə ilə pulunu alıb, gəlib tamaşanı hazırlayır, çıxıb gedir. Bu da rəqabət mühiti yaratmır. Rəqabət olmayan yerdə də inkişafdan söhbət gedə bilməz. Bəli, mən indiki vəziyyətdə böyük bir epoxanı əhatə edən, öz məktəbi olan rejissorlar görmürəm”.

Cəvahir

COP29

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv