Naxçıvanda yol qəzasında 2 nəfər yaralandı

media-hightechnic-468x90

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, qəza Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ərazisində baş verib.  “İnfiniti” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.

Qəzada “VAZ 2107” minik avtomobilinin 2 nəfər sərnişini Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakinləri – 1966-cı il təvəllüdlü Nazilə Eminova və 1968-ci il təvəllüdlü Piruzə Yusifova xəsarət alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05