Günel keçmiş həyat yoldaşından DANIŞDI: “Qızıma xatir…”
“Qızımın yanında olduğu vaxta qədər o, başımın tacıdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova keçmiş həyat yoldaşından danışarkən “Öz aramızda” verilişində deyib.
Sənətçi həyat yoldaşından boşansa da, övladına xatir onunla əlaqələrini dost kimi davam etdirdiyini bildirib:
“Qızımın atası çox mükəmməl atadır. Çox sevinirəm ki, qızımın yanında, arxasında onu sevən, onunla nəfəs alan atası var. Qızımın yanında olduğu vaxta qədər o, başımın tacıdır. Münasibətimiz olmasa da, dostluq münasibətləri var. Qızımıza görə bəzən bir araya gəlirik. Bir yerdə kinoya da, əyləncəyə də gedirik. Qızıma xatir… Çünki qızım atasına çox bağlıdır. Çox mükəmməl atadır”.
Nehru













