!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TƏBİB-dən səyyar məntəqələrdə vaksinasiya ilə bağlı AÇIQLAMA

Ölkəmizdə vaksinasiya strategiyasına uyğun olaraq peyvəndləmə işləri aparılır. Bu gün “28 Mall” Ticarət Mərkəzində səyyar vaksinasiya prosesinə start verilib.

Yenicag.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış açıqlama verib.

O bildirib ki, səyyar vaksinasiya briqadalarının təşkilində məqsəd peyvəndləməni vətəndaşlar üçün daha əlçatan etmək və tibb müəssisələrində yaranan sıxlığın qarşısını almaqla həkimlərin yükünü bir qədər azaltmaqdır:

“TƏBİB tərəfindən təşkil edilən səyyar vaksinasiya prosesində bu günə qədər 52 min dozadan çox vaksin istifadə edilib. Onlardan 32 mindən çox insan birinci dozanı, 16 mindən çox insan isə ikinci dozanı vurdurub”.

Xatırladaq ki, iri ticarət mərkəzlərində vaksinasiya briqadalarının təşkili vətəndaşların tələbatına uyğun olaraq davam etdiriləcək.

Qeyd edək ki, paytaxtda yerləşən bir neçə ticarət mərkəzində səyyar vaksinasiya briqadaları təşkil edilib. Vətəndaşlar səhər saat 10:00-dan 22:00-a qədər yaxınlaşaraq vaksin oluna bilərlər. Ticarət mərkəzlərində vətəndaş ilk olaraq qeydiyyata alınır, daha sonra həkim tərəfindən yoxlanılır, heç bir problem aşkarlanmazsa, vaksinasiya prosesi həyata keçirilir.

www.yenicag.az

353
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100