Təcili təxliyə XƏBƏRDARLIĞI – Son 12 min sakin qaldı

media-hightechnic-468x90

Rusiya qüvvələri Donbas bölgəsindəki bu mühüm logistika mərkəzini ələ keçirmək üçün irəlilədikcə, Pokrovsk toqquşmaların ən sıx yaşandığı nöqtələrdən birinə çevrilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Pokrovsk hərbi administrasiyasının rəhbəri Serhiy Dobrak şəhərdə hələ də 100-dən çox uşaq da daxil olmaqla təxminən 12 min dinc sakinin təcili təxliyə edilməsinə çağırıb.

Qeyd edək ki, Rusiya qoşunlarının sürətlə irəliləməsi ilə əlaqədar onların təhlükəsiz bölgələrə təxliyəsi son həftələrdə başlayıb. Rusiyanın hücumları səbəbindən bölgədəki bir çox Ukrayna vətəndaşı təhlükəsiz bölgələrə çatmaq üçün evlərini tərk etməli olub. Təhlükəsizliyin artması səbəbindən təcili evakuasiya xəbərdarlığı təkrar edilib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600