Tehran Bakı və İrəvan arasında VASİTƏÇİ OLACAQ? – “İranın təklifinin əsas iki məqsədi var”

media-hightechnic-468x90

“Güc balansının sülh sazişinə bağlı olduğunu bilən Tehran perspektiv üçün proseslərdən kənarda qalmaq istəmir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O, İranın xarici işlər nazirinin müavini Səid Xətibzadənin İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında vasitəçi ola biləcəyi ilə bağlı bəyanatını şərh edib.

Politoloq bildirib ki, belə bir təklifin Bakı səfərində Pezeşkian tərəfindən irəli sürülməsi ehtimalı mümkündür:

“Lakin burada müəyyən maraqlar mövcuddur və İranın vasitəçilik təklifinin əsas iki məqsədi var: İlk olaraq buraya Cənubi Qafqazda mövqeyi gücləndirmək daxildir. Yəni digərləri kimi Tehran da bu regionda gələcək güc balansının Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişindən asılı olduğunu bilir. Qısacası, güc balansının sülh sazişinə bağlı olduğunu bilən Tehran perspektiv üçün proseslərdən kənarda qalmaq istəmir. Əlavə olaraq mövcud sərhədlərin olduğu kimi qalması, danışılan nəqliyyat dəhlizinin isə dəhliz statusu adı ilə açılmamamında maraqlıdır”.

“Prosesləri təhlil etdikdə, İranın Azərbaycan və Ermənistan arasında vasitəçi olması real deyil. Çünki ilk növbədə Vətən müharibəsindən sonra qələbə qazanan Azərbaycana qarşı Zəngəzur dəhlizinin “qırmızı xətt” sayılması mövqeyi hələ də dəyişməyib. Əlavə olaraq İranın vasitəçiliyi Cənubi Qafqazda maraqları olan digər qüvvələri də aktivləşdirə bilər ki, bu da “ikitərəfli format” məsələsinin tam əksinədir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600