“İsrail-İran münasibəti hibrid müharibə taktikasına söykənir və tərəflər hələ də bir-başa müharibədən çəkinməyə davam edilər”.
Bunu Yenicag.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin siyasi təhlilçisi Aqşin Kərimov deyib.
Mütəxəssis İranın yaxın günlərdə İsrailə cavab zərbələri endirəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Xatırladaq ki, İsrailin nüfuzlu “Axios” nəşri ilə yanaşı yerli “Kanal 13” televiziyası analoji məlumatlarla çıxış edib.
A. Kərimovun sözlərinə görə, sözügedən məsələnin müxtəlif səbəbləri var:
“Səbəblər ondan ibarətdir ki, tərəflər arasında bir-birinə olan qüvvələr balansını dəqiq yoxlaya bilən kəşfiyyat cihazı hələ də yoxdur. Bundan başqa, İsrail-İran müharibəsinin böyük geosiyasi riskləri var. Bu risklər İsraillə yanaşı, ən çox da İranı daha təhlükəli məcraya sürükləyə bilər. Digər səbəb olaraq, ABŞ İsrail-İran arasında müharibənin tərəfdarı kimi çıxış etməsə də, o, İsrail-İran münasibətinin idarə edilməsində böyük rol oynayır. Çünki Yaxın Şərqdə ABŞ-nin mövqeyini gücləndirəcək addım onun geosiyasi maraqlarına görə münaqişələrin həllinə dırnaqarası töhfə vermə bacarığına sahib olmasıdır. Çünki ABŞ Yaxın Şərqdə öz mövqelərini gizlətmək riski ilə üzləşib”, – deyə o bildirib.
Politoloq bunu ABŞ-nin Çin üzərində nüfuzunun aşağı düşməsi ilə əlaqələndirib:
“Əsasən də, Çin qarşısında ABŞ-nin nüfuzu aşağı düşə bilər. Ona görə də burada qalıcılığı və daimiliyi saxlamaq üçün özünün idarə edə biləcəyi dırnaqarası “müharibə” ssenarisini işə salır. Budan əlavə, İran həm də ABŞ-nin bəzi məsələlərdə tarixi periodda gizli müttəfiqi kimi çıxış edir. Ona görə də İsrail İrana zərbələr endirmək istəyəndə ABŞ bunun məhdud səviyyədə olmasında maraqlı olduğunu göstərir”.
“Biz İsrail və İranı müqayisə etsək, İsrail müasir silahlar baxımından və kəşfiyyat imakanlarına görə İrandan çox qabaqdadır. Ona görə münaqişələr Yaxın Şərqdə İran-İsrail proyektoriyasının cıza biləcəyi hədlərlə yenidən müəyyənləşir, ancaq hər iki dövlətin bir-başa müharibə edəcəyini proqnozlaşdırmıram”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov
www.yenicag.az