Paytaxtın parklanma üzrə zonalara bölünməsindən sonra təyin olunan rüsumlarla bağlı müxtəlif aspektlər müzakirə mənbəyi oldu.
Bunlardan biri də tələbələr üçün parklanma məsələsində, xüsusilə ali təhsil müəssisələrinin qarşısında salınan parklanma yerlərində, güzəştlərin edilməsidir.
Yenicag.az xəbər verir ki, paytaxtın əsas, mərkəzi küçələrində parklanma qiymətləri hər saat üçün 1 manatdan hesablanır. Tələbələr gün ərzində altı-səkkiz saat dərsdə olduqlarını bildirir və parklanma üçün gündəlik 6-8 manat ödənişin onların büdcəsinə ciddi ziyan vurduğunu qeyd edirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər:
“Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı təhsil müəssisələrinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb”./oxu.az
www.yenicag.az