!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil naziri kollektivə təqdim olundu - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə Təhsil naziri vəzifəsinə təyin olunmuş Emin Əmrullayevi nazirliyin kollektivinə təqdim edib.

Yenicag.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, Fərəh Əliyeva son illərdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb.

Emin Əmrullayev dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib.

Nazir ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, təhsildə islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə olunması üçün əlindən gələni edəcəyini bildirib.

***

Təhsil naziri Emin Əmrullayev kollektivə təqdim olunub. 

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, naziri kollektivə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.

Tədbirdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, Firudin Qurbanov, İdris İsayev və şöbə müdirləri iştirak edib.

COP29

www.yenicag.az

898
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv