!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil sadəcə məktəb deyil : Zəhranın həyat hekayəsi

!Reklam – Yazi

 

Hər qadının həyatında özünə məxsus bir hekayə vardır. Bəziləri sevinclə, bəziləri isə əzablarla doludur. Lakin çox vaxt bu qadınların iç dünyalarındakı kədəri və mübarizələri görə bilmirik.

Müsahibim Zəhra  kiçik bir kənddə dünyaya gəlib. Ailəsi maddi çətinliklərlə üzləşsə də, uşaqlıqdan ən böyük arzusu təhsil almaq olub. Ancaq qız uşaqlarına qarşı olan mövcud stereotiplər və cəmiyyətin gözləntiləri onu həmişə səssizliyə məhkum edib.  Ailəsi ona, “Qız uşaqları evdə oturmalı, ailə işlərinə kömək etməlidir”, düşüncəsi onun təhsil almamasına gətirib çıxarır. Amma Zəhra, hər zaman içində bir azadlıq arzusu hiss edir və bu arzusunu heç vaxt itirmir.

Zehra bir neçə dəfə mübarizəyə qalxaraq təhsilini davam etdirdi. Əvvəlcə ailəsinin etirazı, sonra iş həyatında yaşadığı ayrımçılıqla qarşılaşsa da, Zəhra hər zaman ayağa qalxaraq öz yolunda irəlilədi.

İllər sonra Zəhra, ali təhsilini başa vurub mühüm bir dövlət qurumunda işə başladı. Həyatının bu yeni mərhələsi heç də asan olmadı. Lakin, onun iradəsi və mübarizə əzmi onu daha da gücləndirdi.

Zəhra, gözləri yaşara-yaşara və qəlbindəki gücü danışaraq, “İllərlə çəkdiyim əzab və mübarizələr məni heç vaxt məğlub etmədi. Mən özümü tapdım.

Zəhranın hekayəsi, qadınların həyatında qarşılaşdıqları çətinliklərə qarşı necə güclü bir şəkildə mübarizə apardıqlarını və hər kədərli anın onlara yeni bir güc qatdığını göstərir. Onun kimi bir çox qadın, ailə daxilində və cəmiyyətdə öz haqqını axtarır, bəzən səssizcə, bəzən də yüksək səslə səs çıxarır. Çünki, hər bir mübarizə, dəyişmək və güclənmək istəyən hər kəs üçün bir ilham mənbəyidir.

Qadınların mübarizəsi, sadəcə özlərini deyil, gələcək nəsillər üçün daha yaxşı bir dünyanı qurmaq uğrunda aparılır. Zəhranın hekayəsi, bütün qadınlara öz güclərini tapmaq və heç vaxt mübarizəni dayandırmamaq üçün ilham verir.

Təhsil sadəcə məktəb deyil! Təhsil deyəndə yalnız dərsliklər və sinif otaqları göz önünə gəlməməlidir. Təhsil, qadına öz hüquqlarını tanımaq, özünü ifadə etmək və çətinliklər qarşısında dayanmaq gücü verir. Təhsilli qadın öz həyatını idarə edə bilir. İş dünyasında, ailədə və cəmiyyətdə bərabər söz haqqına malik olur. Təhsilli qadınlar, zorakılığa, ədalətsizliyə qarşı daha cəsarətlə mübarizə aparır və beləliklə də dəyişimin aparıcı qüvvəsinə çevrilir.

Təhsil almaq hüququndan məhrum edilən qadınlar səssiz əzab çəkirlər. Onların içindəki potensialı heç kim görmür, arzuları reallaşmadan məhv olur. Təhsilsiz qadınlar, çox vaxt iqtisadi asılılıq və məhdud sosial imkanlarla yaşamağa məhkum olurlar. Onlar, sanki özlərinin deyil, başqalarının həyatını yaşamağa məcbur edilirlər.

Qadınların təhsili sadəcə onların şəxsi uğuru deyil, cəmiyyətin ən mühüm sərmayəsidir. Təhsilli qadınlar, gələcək nəsillərin təməlinə işıq tutan mayak kimidirlər. Qadınların təhsildən məhrum edilməsi yalnız onların deyil, bütöv bir cəmiyyətin gələcəyinin qaranlıqda qalması deməkdir.

Bu gün cəmiyyət olaraq qadınların təhsilinə daha çox dəstək vermək, hər bir qadının həyatına toxunmaq, onların səsini eşitmək zamanıdır. Çünki qadının təhsili, cəmiyyətin sükutla irəliyə doğru dəyişməsinin ən güclü yoludur.

 

Məsimə Məmmədova

 

 

 

www.yenicag.az

1066
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv