Təhsil, səhiyyə və mədəniyyət xərcləri artırılır

media-hightechnic-468x90

2025-ci ildə Azərbaycanda təhsil xərclərinin 4 milyard 945,8 milyon manat olması nəzərdə tutulur.

Yenicag.az xəbər verir ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,7 % çoxdur.

Həmçinin səhiyyə xərclərinin 1 milyard 997,2 milyon manat olması nəzərdə tutulur ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7 % çoxdur. Bundan başqa, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 635,3 milyon manat olması nəzərdə tutulur. Bu da 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % çoxdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600