!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil və Peşə Mərkəzlərinin 2-ci tanıtım sərgisi keçiriləcək

!Reklam – Yazi

4-5 Mart tarixlərində Bakı Biznes Mərkəzində Təhsil və Peşə Mərkəzlərinin 2-ci tanıtım sərgisi keçiriləcək.

Yenicag.az xəbər verir ki, sərgi Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Dövlət Məşğulluq agentliyinin, Peşə Təhsili üzrə Dövlət agentliyi, KOBİA və ÖTMA nın tərəfdaşlığı və  “World Karyera və Peşə Mərkəzinin və Hello İxtisaslaşdırma və İnkişaf Mərkəzinin  birgə  təşkilatçılığı ilə keçirilir.

Sərginin keçirilməsində məqsəd, təhsil və peşə mərkəzlərinin fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və eyni zamanda xidmətləri haqqında daha geniş məlumat verməkdir.

Təhsili və karyerası ilə bağlı yeni qərarlar vermək istəyən şəxslər bu sərgidə iştirak edən təhsil və peşə mərkəzlərinin xidmətləri haqqında 2 gün boyunca canlı və ətraflı məlumat ala biləcək. Sərgidə öz auditoriyası ilə canlı ünsiyyət qurmaq, daha çox potensial müştəriyə çatmaq və fəaliyyətini genişləndirmək istəyən mərkəzlər iştirak edə bilər.

Sərgidə Xarici dil kursları, xaricdə təhsil mərkəzləri, pəşə təhsili məktəbləri,  İT və Dizayn kursları, bağçalar, peşə təhsili və ixtisas artırma kursları, psixoloji mərkəzləri, kitab evləri və nəşriyyatlar iştirak edə bilərlər.

Sərgi Çərçivəsində Karyera Mərkəzlərinin və Dövlət Məşğulluq Agentliyinin  Stendində yarmarka da təşkil olunacaq. İş axtaranlar və Karyera qurmaq istəyənlər vakansiyası olan bir neçə şirkətlə burada tanış ola bilər.

Sərgi ziyarətçiləri 10:00 – 18:00 aralığında Həm Təhsil Mərkəzlərinin müxtəlif Endirim və Hədiyyələrindən faydalana biləcək,  həm də müxtəlif mövzularda keçirilən seminar və təqdimatlarda Ödənişsiz iştirak edə biləcək.

Bakı Biznes Mərkəzində keçiriləcək Sərgidə 50-ə yaxın Şirkət Öz ziyarətçiləri ilə canlı  ünsiyyət  qura biləcək.

Sərginin Rəsmi  açılışı 4 Mart  10:00 da Bakı Biznes Mərkəzinin konfrans zalında keçiriləcək.

Açılış mərasimi Tərəfdaşlarımız olan rəsmi dövlət qurumlarının nümayəndələrinin çıxışı ilə başlayacaq və digər  tərəfdaşlarımızın çıxışı ilə davam edəcək.

Sərgidə Stend ilə təmsil olunmaq istəyən Təhsil Müəssisələri aşağıdakı linkdən qeydiyyatdan keçə bilər.

https://docs.google.com/forms/d/1V0hcrYnpD6lc-mNNF6oax-sAz2xcXhg77M_mAEoYDB8/edit

Sərgi təşkilatçıları ilə əlaqə nömrəsi 055 674 72 30

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv