Teleaparıcıya nazirlikdə vəzifə verildi

media-hightechnic-468x90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

Məlumat üçün bidlirək ki, M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də “Yaşamaq Gözəldir” və “Günə Doğru” proqramlarının aparıcısı idi. Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600