Tələbələr Təhsil Nazirliyinin binasını dağıtdı – Video

media-hightechnic-468x90

protest_mexico_chilpancingo_rtr_imgfYüzlərlə tələbə Meksikanın Herrero ştatının Çilpansinqo şəhərində yerləşən Təhsil Nazirliyinin binasına daxil olaraq onun içərisindəki əşyaları və sənədləri dağıdıblar.

Bu haqda məlumatı agentliyi yerli polis idarəsinə istinadən yayıb.

Tələbələrin Təhsil Nazirliyinin binasından çıxarılması üçün əraziyə xeyli sayda polis əməkdaşları cəlb edilib. Onların istifadə etdikləri göz yaşardıcı qaz yaxınlıqda fəaliyyət göstərən uşaq baxçasındakı uşaqlara zərər verib.

Məlumata görə, tələbələrin əsas tələbi onların fəhlə işilə təmin edilməsi olub. Bunun üçün onlar 8 ay öncə imtahan da verib.

İkinci tələb isə 2014-cü ilin sentyabrında Ayotsinapa şəhərində oğurlanan 43 tələbənin cinyaət işinin düzgün aparılmasıdır.

Qeyd edək ki, həmin olayda tələbələrin hamısı öldürüldükdən sonra yandırılıb, cəsədlərinin qalıqları isə San-Huan çayına atılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600