Tələbələrin cənazələri Bakıya gətirilib

media-hightechnic-468x90

8e4bd162158c9026779539d8fb0113ffTürkiyənin Uşak şəhərində baş vermiş avtomobil qəzasında dünyasını dəyişmiş azərbaycanlı tələbələrin cənazələri bu gün Bakıya gətirilib.

Bu barədə «Azərbaycan Hava Yolları» QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Tələbələrin cənazələri bu gün saat 17:00-da «AZAL»ın 076 saylı İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilərək yaxınlarına təhvil verilib.

Qeyd edək ki, ötən gün Uşak şəhərində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil yol qəzasına düşüb. Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov və Elvin Hüseynov həlak olub, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov və Muğdat Talıblı isə yaralanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600