!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Telegram”da YENİLİK: "Botu əlavə edərək istifadəçilər...” - ŞƏRH

!Reklam – Yazi

“Hazırda isə ödəmə sistemlərinin bu platformada botlarla edilməsi ictimaiyyətə açıqlanıb”.

Bu sözləri “Telegram” mesencerində kriptovalyuta ödənişlərinin qəbul etməyə imkan verən “Wallet Pay” alətini tətbiq etməsini dəyərləndirən İKT üzrə ekspert Elvin Abbasov Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, təbii olaraq sözügedən yeniliyin mənfi və müsbət tərəfləri mövcuddur. İnsanların da bundan mənfi yönümdə istifadəsi ehtimalları mümkündür:

“Ümumiyyətlə, hazırda sosial şəbəkələr və mesencer proqramları arasında böyük rəqabət getməkdədir. Bu mübarizədə üstünlüyü təyin edən ən əsas amil funksionallıqdır. Lakin təbii ki, bunu da hədəflərdən kənara çıxa bilmirlər. Buna görə də yan tətbiqlərdən istifadə olunur.

Yan tətbiqlər dedikdə, “Telegram”ın çoxfunksionallığı botlar vasitəsi ilə həyata keçirir. Bu mesencerin özünün də bir layihəsi var idi. Bir müddət öncə bu layihənin dayandırıldığı haqda məlumat verildi. Hazırda isə, ödəmə sistemlərinin bu platformada botlarla edilməsi ictimaiyyətə açıqlanıb.

Bu o deməkdir ki, “Telegram”da botu əlavə edərək istifadəçilər arasında müəyyən xidmət və məhsulun satışında ödənişlərin istifadəsinə botlardan istifadə ediləcək. Yəni hər hansıısa xidmət qarşılığında heç bir müqavilə olmadan istənilən bir alqı-satqı əməliyyatının məbləğini “Telegram”dakı elektron pulqabılar vasitəsilə ödəniş etmək mümkün olacaq.

Qeyd edilən əməliyyatı icra edən ölkələr də məhdud saydadır. Bu ölkələrdə botlar sayəsində xidmət və satışların məbləği birbaşa ödənə bilər. Amma bu “Telegram”ın birbaşa öz funksiyası deyil. Daha dəqiq desək, əlavə bir proqram yazısı vasitəsilə həyata keçiriləcək.

Sözügedən əməliyyatın mesencer platformaları arasında bir ilk olduğunu deyə bilərik. Daha öncə belə bir funksiya heç bir yerdə qarşıma çıxmayıb. Fikrimcə, bu, uğurlu bir yenilikdir. Lakin ən əsas da buradan çirkli pulların yuyulmasında istifadə olunacağı kimi bir ehtimal var.

Bir növ “bitcoin” kimi müqavilə və qanuni predmetə əsas tutulmadan istənilən şəxsə istənilən miqdarda ödənişlər etmək mümkün olacaq . Təbii olaraq bu yeniliyin müsbət və mənfi tərəfləri də mövcuddur. İnsanların bundan daha çox mənfi yönümdə istifadə edəcəklərini hesab edirəm”.

Yusif Səmədzadə

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv