Televiziya yayımçılarının proqramlarının janr bölgüsü açıqlandı

media-hightechnic-468x90

2025-ci ilin üçüncü rübü ərzində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsü açıqlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Belə ki, Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin üçüncü rübü (iyul, avqust və sentyabr ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:

21,8 % – informasiya və analitik proqramlar

17,2 % – musiqi və əyləncəli proqramlar

15,9 % – idman proqramları

15,2 % – bədii filmlər və seriallar

10,0 % – reklam məzmunlu materiallar

8,1 % – mədəni-maarif janrında proqramlar

3,6 % – anonslar və elanlar

3,3 % – sənədli film və materiallar

2,3 % – sosial proqramlar

1,4 % – sosial çarxlar

1,2 % – uşaq proqramları və cizgi filmləri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05