Təmizlik maşınının vurduğu 26 yaşlı qız öldü
Xətai rayonunda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını qəza törədib.
“Yenicag.az” xəbər verir ki, hadisə Gəncə prospektində baş verib.
Təhməz Səfərovun idarə etdiyi KTB-yə aid “QAZ-53” markalı avtomobil yolu keçən 26 yaşlı Ayşən Osmanovanı vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.













