Təqvimdə “erməni soyqırım” abidəsinin fotosu yerləşdirilib

media-hightechnic-468x90

img1735935Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə Xarici İşlər Nazirliyi tərəfindən buraxılan təqvimdə Çanaqqala yerinə İrəvandakı “erməni soyqırımı” abidəsinin fotosu qoyulub.

Yenicag.az apa-ya istinadən bildirir ki, faktla bağlı Türkiyə Xarici İşlər Nazirliyi təhqiqata başlayıb və təqvimin paylanması dayandırılıb.

Qeyd edək ki, ermənilər Çanaqqala zəfərinin 100-cü ildönümünün qeyd ediləcəyi 24 aprel tarixində qondarma “soyqırım”ın 100-cü ildönümünü anmağa hazırlaşırlar.

Təqvimdə Çanaqqala zəfəri və keçirilən tədbirlərlə bağlı fotolar yer alıb. Aprel ayı bölümündə yerləşdirilən abidənin fotosu illər əvvəl İrəvanda “soyqırım”ın ildönümü zamanı çəkilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa