Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Təqsirləndirilən şəxs Təranə Qumral çıxış edərək zərərçəkmişlərdən üzr istəməyəcəyini və təkzib verməyəcəyini bildirib.
Məsələ ilə bağlı T.Qumralla əlaqə saxladıq. Yenicag.az-a açıqlama verən müğənninin baş verənlərə münasibəti sərt olub:
“Bəli, məhkəmə oldu. Amma mən bu məhkəmə ilə bağlı heç bir məlumat vermək istəmirəm”.
“Qarşı tərəfdən üzr istəyəcəksinizmi?” sualını isə cavabsız qoyan T.Qumral dəstəyi asıb.
Cəvahir