!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Təranə Qumralın 60 yaş VƏDİ: “İnsanın qırışını düzəltmək olar, amma...”

!Reklam – Yazi

“Allah mənə qismət eləsin, 60 yaşımda oxumayacam, bunu uşaqlarıma da demişəm”.

Bu sözləri Tolikin verilişində “70 yaşınızda oxuyacaqsınız?” sualını cavablandıran müğənni Təranə Qumral deyib.

Sənətçi o yaşda oxumaq bir yana, heç efirlərə də çıxmayacağını bildirib:

“Mən demişəm, Allah mənə qismət eləsin, 60 yaşımda oxumayacam. Nəinki oxumaq, heç efirə də çıxmayacam. Bu lent yazısını saxlayın, 60 yaşımda oxusam, deyərsiz ki, axı belə demişdiniz.

Səhnə gözəllik tələb edir. Qırış-qırış, şıntır-şıntır səhnəyə sıxmaq olmaz. Səhnədəsənsə, gözəl olmalısan, eybəcər görünmək olmaz. İnsanın qırışını da düzəltmək olar, amma heç bir insanın ruhu bədəndən getməsin.

O qədər ruhsuz müğənni ilə rastlaşıram, baxır, başa düşmür kimsən. Yaxınlaşanda deyir, tanımıram səni”.

Tolikin “indi 40 yaşınız varsa, yəni 20 ildən sonra” atmacasını cavabsız qoyub. Qeyd edək ki, Təranə Qumralın 58 yaşı var.

Nehru

COP29

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv