unnamed (2)Bu gün “Tərəqqi Sosial İnkişaf” İctimai Birliyi Ağdam rayon Mədəniyyət evinin iclas zalında hesabat konfransı keçirib.

Birlikdən Yenicag.az-a verilən məlumata görə, konfransın məqsədi layihənin yekunu ilə bağlı təqdimatın keçirilməsi idi.

Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli açıb, Qarabağ döyüşlərində şəhid olanlar bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ağdam rayon İH-nin Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini Ağa Zeynalov, Ağdam rayon Hərbi Komisarı Elxan Feyziyev, Ağdam rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Bəxtiyar Haqverdiyev, Tərtər rayon İH Başçısının Həsənqaya ərazi dairəsi üzrə nümayəndəsi İlqar Qasımov, Laçın Rayon İH-nin şöbə müdiri Məmməd Süleymanov, Bərdə rayonudan 104 saylı Kəlbəcər məktəbinin direktoru Qələndər Zeynalov, 41 saylı köçkün məktəbini direktoru Zamin Əhmədov, 111 saylı Ağdam köçkün məktəbinin direktoru Məlahət Musayeva, Füzuli rayonu Qayıdış qəsəbəsindən Elza Abdullayeva, Ağdam Təhsil Şöbəsi Metodkabinetin rəhbəri Əhməd Rüstəmov, Ağdam Təhsil Şöbəsinin Hərbi kabinetin rəhbəri Xalıqverdi Cəfərov və başqaları iştirak ediblər.

Layihə rəhbəri T.Dadaşov layihə çərçivəsində görülən tədbirlərdən danışdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tərəqqi” Sosial İnkişaf İçtimai Birliyi “Əhali arasında tibbi maarifləndirmə işinin təşkili” layihəsinin icrasını başa çatdırıb.

Layihənin əsas məqsədi Ağdam, Bərdə, Ağcəbədi, Tərtər, Göranboy, Füzuli rayonlarının cəbhəyani ərazilərində yaşayan əhali və müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkünlərin tibbi biliklərinin artırılması, ərazidə yaşayan insanların tibbi və psixoloji durumlarının yaxşılaşdırılması məqsədilə maarifləndirmə işinin aparılamsı və tibbi kursların təşkil edilməsindən ibarət olub.

Layihə çərçivəsində Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonundan 48 qız və hərbi xidmətə gedəcək 24 oğlan üçün tibbi bacarıqları öyrətmək məqsədilə ilk tibbi yardım kursların təşkil olunub.

Cəbhəyani ərazidən olan gənc qadınlara tibbi yönümdə tövsiyyələr verilib, cəbhəyanı rayonların əhalisi arsında psixoloji təlimlər keçirilib.

Tədbir iştirakçıları öz çıxışlarında insanların dünyada normal həyat sürməsi və fəaliyyət göstərməsi üçün lazım olan amillərdən ən başlıcasının sağlamlıq olduğunu söylədilər və bildirdilər ki hər kəs tibbi biliyə malik olmalı və öz sağlamlığını qorumağı bacarmalıdır. Bu hərbi xidmətə gedəcək oğlanlar üçün daha vacibdir.

Valideynlər də insan həyatı üçün ən vacib amillərdən olan sağlamlığa yüksək qiymət verərək tibbi maarifləndirmənin vacib olduğunu qeyd etdilər və davamlı olması üçün Dəstək Şurasına çatdırılmasını xahiş etdilər.

Çıxış edən maarifləndirmə kursunun iştirakçıları Nuriyyə Səfərova və Aliyə Quliyeva qazandıqları tibbi biliyə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və Tərəqqi Sosial İnkişaf İB-nin kollektivinə təşəkkürlərini bildirdilər. Bu işdə əməyi olan müəllimləri Həkim S.Feyziyeva və psixoloq S. Məmmədovanın əməyini yüksək qiymətləndirdilər.

Tədbirdə tibbi maarifləndirmə kursunda fəal iştirak etmiş 72 nəfərə setifikatlar verilib.

unnamed (1)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."