!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tərləmək hansı xəstəliklərin əlamətidir?

!Reklam – Yazi

Tərləmə bədən səthində yerləşən tər vəziləri tərəfindən duzlu mayenin ifrazına deyilir.

Bu orqanizmin normal fizioloji funksiyasıdır. Onun əsas vəzifəsi bədən səthini soyuq saxlamaq və hərarəti tənzimləməkdir. Bununla yanaşı tər vasitəsilə bədən şlaklardan təmizlənir. Tərləmənin səviyyəsi insanda olan tər vəzilərinin sayından asılıdır.

Bəzi insanlarda digərlərindən daha çox tər vəziləri ola bilər ki, bu da onlarda tərləmənin daha intensiv olması deməkdir.

Bu vəz qadınlarda kişilərə nisbətən daha çoxdur. Amma kişilərdə onlar daha aktivdirlər. Tər vəziləri cinsi yetkinlik dövründə özlərinin tam aktiv səviyyəsinə çatırlar.

Ümumiyyətlə tərləmə 2 cür olur: ümumi tərləmə və müəyyən nahiyyələrin tərləməsi.

Ümumi tərləmə qalxanabənzər vəzi xəstəlikləri, şəkər xəstəliyi, xərçəng, böyrək üstü vəzin şişləri, alkoqol istifadəsi və bəzi dərmanların istifadəsi nəticəsində çoxala bilər. Bunlar müalicə olunarsa tərləmə problem də aradan qalxacaqdır. Bədənin müəyyən nahiyyələrinin tərləməsi zamanı isə qoltuq, əl, ayaq, baş dərisi kimi nahiyyələrdə həddən artıq tərləmə halı yaranır. Yenicag.az medicina-ya istinadən xəbər verir ki, bəzi hallarda səbəbsiz tərləmək bir çox xəstəliklərin xəbərçisi ola bilər. Bunlara aşağıdakıları aid etmək olar:

İltihabi xəstəliklər:

– Pvevmoniya

– Vərəm

– Endokardit

– Kəskin revmatik hərarət

– Bruselyoz

– HİV infeksiyası

Endokrin xəstəliklər:

– Hipertrioz

– Feoxromositoma

– Karsinoid sindrom

– Hipoqlikemiya

– İnsulinoma

Xərçəng xəstəlikləri:

– Hodgkin xəstəliyi

– Xroniki leykemiya

– Sarkoma

– Hipernefroma

– Birincili qaraciyər xərçəngi

-Ürək-damar xəstəlikləri:

– Şok

– Ürək infarktı

– Arterial təzyiq

– Ağciyər emboliyası

– Sol ürək çatışmazlığı

Digər səbəblər:

– Hərarətin yüksəlməsi

– Dempinq sindromu

– Kəskin hemoliz

www.yenicag.az

6785
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv