Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Terrorçubaşı Gülənin kod adı açıldı: “Kapitan”

FETÖ-ya qarşı davam etdirilən təhqiqat zamanı bu terror şəbəkəsinin lideri Fətullah Gülənin kod adı müəyyən edilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosu tərəfindən FETÖ-nun 15 iyul çevrilişinə cəhdlə bağlı apardığı istintaq yekunlaşıb.
Artıq məhkəməyə göndərilən istintaq materiallarında FETÖ ilə “Paralel dövlət”in (PYD) fəaliyyəti, o cümlədən Fətullah Gülənlə bağlı ciddi detallar aşkarlanıb.

İttihamnamədə yer alan məlumata görə, alınmış ifadələrdən birində FETÖ/PDY terror şəbəkəsinin lideri Gülənin “Kapitan” kod adından istifadə etdiyi qeyd olunub. FETÖ-nun Hərbi Hava Qüvvələrindəki strukturlarında təmsil olunmuş ehtiyatda olan mayor Gürol Doğan prokurorluqda verdiyi ifadədə bildirib ki, Hərbi Aviasiya Məktəbində Gülən haqqında danışılanda ətrafdakıların bilməməsi üçün şəbəkə liderini “Kapitan” adlandırırdılar.

O, Gülənin bir dəfə İstanbula gələrək, Hərbi Aviasiya Məktəbinin 3-cü və ya 4-cü kurs tələbələri ilə görüşündə çıxış etdiyini və bu fikirləri səsləndirdiyini deyib: “Bizim işimiz çox uzun və əziyyətlidir, tələsməyin və ifşa olunmayın. Orduda, təhsildə, polisdə, məhkəmədə və strukturların yüksək məqamlarında yerimizi tutacağıq. Ən azı 20-30 il sonra hərəkətə keçdiyimizdə heç kimin edəcək bir işi qalmayacaq”.

Doğan bildirib ki, həmin toplantıda 15 iyul gecəsi girov götürülən Baş Qərargahın rəisi Hulusi Akar və Akıncı hərbi bazasının komandanı general Hakan Evrim də iştirak edib.
2006-cı ildə polkovnik Selçuk Başyiğit ilə Hərbi Hava Qüvvələri Komandanlığının bağçasında söhbətləşdiyini deyən Doğan həmin müzakirədə danışılanları belə xatırlayıb:

“Camaat olaraq, Silahlı Qüvvələrdə tam general səviyyəsinə qədər yüksəlmişik. Kapitan əmr verdiyi anda havaya qalxacaq F-16 təyyarələrimiz var”.

Yeniçağ.Az

www.yenicag.az

99