Terrorçular silah anbarını partladıblar
Luqansk vilayətinin Aleksandrovsk şəhərində yerləşən hərbi hissənin ərazisində baş vermiş şiddətli döyüş nəticəsində terrorçular silah anbarını partladıblar.Milli Qvardiyanın saytında dərc olunmuş məlumata əsasən, terrorçular tərəfindən tank əleyhinə qumbaraatandan buraxılmış reaktiv qumbara silah-sursat anbarına tuş gəlib, nəticədə güclü partlayış baş verib.
“Nəticədə anbar partlayıb, oradakı silah-sursat isə tamamilə məhv olub. Partlayış nəticəsində ölən və yaralanan yoxdur”, deyə məlumatda bildirilir.












